Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) növbəti vebinarında iştirak ediblər

Gömrük Akademiyasının tələbələri Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) növbəti vebinarında iştirak ediblər

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) təşkilatçılığı ilə "Port icma sistemlərində son yeniliklər və gömrük sahəsi ilə əlaqəli məsələlər" mövzusunda növbəti vebinar keçirilib. 

 

Dövlət Gömrük Komitəsinin Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova, Beynəlxalq ticarət və logistika ixtisasının tələbələri Pərvanə Qədirova, Elmira Muqumova, Anar İmanov və Hüseyn Hüseynzadə vebinarda iştirak ediblər.  

 

Vebinarın təqdimatçısı Uve Libşner port icma sistemlərinin müxtəlif təşkilatlar tərəfindən idarə olunan çoxsaylı sistemi birləşdirən bir elektron platforma kimi ticarətin asanlaşdırılması prosesindəki vasitəçilik rolu, “bir pəncərə” (“single window”) platforması və onun bir ölkə və ya region daxilində tətbiqi prosesi, rəqəmsallaşma prosesininin gömrük və ticarət sahələrinə təsiri, yeni inkişaf etmiş texnologiyaların (blokçeyn, robotlar, mobil cihazların və s.) gömrük və ticarət prosesində tətbiq edilməsi və elektron ticarət və s. haqqında danışıb.  

 

Daha sonra tədbirdə Beynəlxalq Port İcma Sistemləri Assosiasiyasının (IPCSA) əsas fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.